Bu il Azərbaycanda 4 287 cütlük boşanıb - STATİSTİKA

15:20 12-06-2020 297

Azərbaycanda 2020-ci ilin yanvar-aprel ayları ərzində qeydiyyat şöbələri tərəfindən nikaha daxiloma və boşanmaların statistikası açıqlanıb.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Müvafiq dövrdə 13 738 nikaha daxilolma və 4 287 boşanma qeydə alınıb. Beləliklə, orta hesabla hər gün 114 yeni ailə yaranır və 35 cütlük boşanır.

Əhalinin hər 1 000 nəfərinə nikahların sayı 4,2, boşanmaların sayı isə 1,3 olub.