Salyanda qarğalar bostana hücum çəkdi - FOTO

16:00 12-06-2020 403

Salyanda kənd təsərrüfatına ziyan dəyib.

HerGun.Az-ın məlumatına görə, rayonun Kürqaraqaşlı kəndində qarğalar qarpızları dəlmə-deşik edib.

Sakinlərin dediyinə görə, Kür çayının sahilində meşədə qarğa sürüsü bostanda yetişən qarpızları məhv ediblər.

Bostan sahibləri məhsulları qorumaq üçün qoruyucu partladıcılardan istifadə etmək məcburiyyətində qalırlar.