ABŞ-ın Azərbaycana koronavirusla mübarizə üçün hansı avadanlıqlar göndərdiyi məlum oldu

16:40 12-06-2020 350

ABŞ-ın Azərbaycana COVID-19-la mübarizə çərçivəsində hansı avadanlıqlar göndərdiyi məlum olub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən HerGun.Az-ın sorğusuna cavab olaraq bilddirilib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və ABŞ-ın Avropa Komandanlığı Azərbaycanda  COVID-19-la mübarizəyə dəstək göstərmək məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna xüsusi fərdi mühafizə vasitələri təqdim edib. 

Belə ki, sözügedən vasitələrə 1578 ədəd kambinezon və 500 ədəd qoruyucu maska daxildir.

İlhamə Əbülfət