Azərbaycan Premyer Liqası ləğv edilir? - FOTO

20:40 12-06-2020 492

İyunun 21-də bərpası gözlənilən futbol üzrə Azərbaycan Premyer Liqasında cari mövsüm ləğv oluna bilər.

HerGun.Az xəbər verir ki, sportinfo.az saytı Peşəkar Futbol Liqasının (PFL) ölkə klublarına göndərdiyi məktubu dərc edib.

Məktubda bildirilib ki, hazırkı şərtlər altında klublar çempionatın davam etdirilib-etdirilməməsi ilə bağlı öz mövqelərin yazılı şəkildə PFL-ə göndərsinlər.

Çempionatın bərpasını istəyən klub hazırkı karantin rejimi ilə bağlı yarana biləcək bütün problemlərə isə özü cavabdeh olmalıdır.

Klublar bu gün artıq saat 16:30-dək öz fikirlərini PFL-ə bildirməli idi.

Qeyd edək ki, həftəsonları yaranan qadağalardan sonra Premyer Liqanın bərpası sual altına düşüb.