Həsrət sona çatdı, Türkiyədə futbol başladı: Qırmızı vərəqələr, penaltilər…

00:40 13-06-2020 408

Koronavirus pandemiyası səbəbindən martda fasilə verilən Super Liqada 87 günlük fasilədən sonra ilk oyunlar baş tutub.

HerGun.Az xəbər verir ki, XXVII turun ilk iki qarşılaşması oynanılıb.

Mövsümün uğursuzlarından olan “Fənərbaxça” ilə “Kayserispor” arasındakı oyun maraqlı alınıb. İstanbullular oyunda azlıqda qalıb, həm də hesabda geri düşsələr də, sonradan özlərində güc taparaq yekunda üç xalı əldə eləməyi bacarıblar.

Lider “Trabzonspor” isə “Göztəpə”nin qonağı olub. “Bordo-mavililər” də ilk hissədə qırmızı vərəqə alıb. Ancaq Qara dəniz təmsilçisi 10 nəfərlə də qalib gələ bilib.

Qeyd edək ki, turun digər matçları 13-15 iyun tarixlərində keçiriləcək.

Türkiyə Super Liqası

XXVII tur

12 iyun

“Fənərbaxça” – “Kayserispor” – 2:1

Muriqi, 86 (pen.); Luiz Qustavo, 88 - Mensa, 59

“Göztəpə” – “Trabzonspor” – 1:3

Öztürk, 57 (pen.) - Nvakaema, 16; Ekuban, 52 (pen.); Emir, 84 (avtoqol)