Rusiyada “kabuslu ev”in sakinləri içkiyə qurşanıblar

05:40 13-06-2020 450

Rusiyanın Taqanroq şəhərində yaşayan ailənin üzvləri əmindirlər ki, onların mənzilində kabus yaşayır.

“Komsomolskaya Pravda” xəbər verir ki, “kabuslu ev”in sakinləri çağırılmamış qonağa ad da qoyublar – Zatan.

Ev sahibləri qeyd edir ki, su kranlarının bağlı olmasına baxmayaraq, mənzilləri mütəmadi olaraq su ilə dolur, ailə üzvləri isə hədə-qorxu dolu məktublar alırlar.

Bundan başqa, ev sahibləri iddia edir ki, Zatan adlı kabus onları alkoqolizmə düçar edib. Əgər kabusun əmrləri yerinə yetirilmirsə, mənzildə əşyalar uçmağa başlayır, mebellər tərsinə çevrilir.

Evin sahibi Dmitri isə ona edilən fiziki zorakılıqdan və bədənindəki qançır izlərindən şikayət edib.