Özünü məsul şəxs kimi təqdim edən kişi 83 yaşlı qadını qarət etdi – VİDEO

09:00 13-06-2020 472

Hüquq-mühafizə orqanlarının əməkdaşları Sankt-Peterburqun Krasnoqvardeyski rayonunda 83 yaşlı təqaüdçünü qarət edən 49 yaşlı kişini saxlayıblar.

REN TV xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Baş İdarəsindən məlumat verilib.

Naməlum şəxs yaşlı qadının telefonuna zəng edərək, onun evdə olub-olmaması haqda məlumat toplayıb.

Səhəri gün təqaüdçünün yaşadığı mənzilə gələn kişi pensiya yaşına çatmış vətəndaşların tibbi ləvazimat və dərmanlarla təminatına məsul şəxs olduğunu deyib.

Bir müddət sonra kişini yola salan təqaüdçü evindən 12 min rubl (296 manat) vəsaitin yoxa çıxdığını aşkar edib.