Yeniyetmələrin sosial şəbəkədə silahla şəkil paylaşmaq həvəsi ölümlə nəticələndi - FOTO

09:20 13-06-2020 348

Türkiyənin Kocaeli şəhərində dərs öyrənmək üçün bir yerə toplaşan yeniyetmələrin oyunu faciə ilə nəticələnib.

Sondakika.com xəbər verir ki, 17 yaşlı Batuhan Demirhan dostlarını dərs oxumaq üçün evinə dəvət edib.

O, atasına aid tapançanı götürərək dostları ilə əylənib. Bir müddət sonra T.K. adlı yeniyetmə B.Demirhandan tapançanı alıb.

Onlar sosial şəbəkədə paylaşmaq üçün şəkil çəkdirən zaman açılan atəş B.Demirhana tuş gəlib.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Dostunun ölümünə səbəb olan T.K. həbs edilib.