Uçurduğu heykəlin altında qalan ABŞ vətəndaşı komaya düşdü

06:20 14-06-2020 409

Amerika Konfederativ Ştatlarıının prezidenti Cefferson Devisin heykəlinin dağıdıldığı aksiyanın iştirakçılarından biri komaya düşüb.

“Mirror” xəbər verir ki, Kris Qrin adlı etirazçı C.Devisin heykəlinin altında qalaraq, ağır xəsarət alıb.

Xatırladaq ki, iki gün öncə ABŞ-ın Virciniya ştatının paytaxtı Riçmond şəhərində Amerika Konfederativ Ştatlarının prezidenti Cefferson Devisin heykəli etirazçılar tərəfindən dağıdılıb.

ABŞ-da afroamerikalı Corc Floydun polislər tərəfindən öldürülməsindən sonra ölkədə iğtişaşlar başlayıb.