Türkiyədə zəlzələ nəticəsində ölən və yaralananların sayı açıqlandı - VİDEO

01:40 15-06-2020 552

Bu gün Türkiyənin Bingöl vilayətinin Karlova qəsəbəsində baş verən güclü zəlzələdə 18 nəfər yaralanıb, bir nəfər həlak olub.

Bunu jurnalistlərə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə ərazidə olan vitse-prezident Fuad Oktay açıqlayıb. O deyib ki, yerli vaxtla saaat 17:24-də baş verən 5.7 maqnitudalı zəlzələdən sonra indiyədək 46 təkan baş verib.