Türkiyədə koronavirusdan ölənlərin sayı 4 800-ü keçdi

02:40 15-06-2020 406

Türkiyədə koronavirusdan daha 15 nəfər ölüb.

Bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında bildirib.

Bildirilir ki, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 4 807 nəfərə çatıb.

Son sutka ərzində ölkədə koronavirusa daha 1 562 nəfər yoluxub. Bununla da yoluxanların ümumi sayı 178 239 nəfər olub.