Ayının hücum etdiyi şəxs beş saata xilas edildi

05:40 15-06-2020 325

Ayının hücum etdiyi 55 yaşlı kişi beş saata qurtarılıb.

Sabah.com.tr-nin məlumatına görə, hadisə Türkiyənin Hakkari şəhərində baş verib.

Belə ki, çuğundur toplamaq üçün şəhərin mərkəzindən uzaqlaşan İsmət İldırım adlı şəxs ayı hücumuna məruz qalıb və ağır yaralanıb.

Onun səsini eşidən şəhər əhalisi əraziyə təcili tibii yardım işçiləri və xilasedicilər çağırıblar. Xilasedicilər İ.Yıldırımı beş saata xilas etməyi bacarıblar.

Ayı ilə boğuşan şəxsin ağır yaralandığı bildirilir.