Kamil Zeynallının azyaşlı qızı sükan arxasına keçdi, yol hərəkəti qaydaları pozuldu - VİDEO

11:00 16-06-2020 671

Məşhur fitnes məşqçisi Kamil Zeynallı səkkiz yaşlı qızı Sahilə ilə birlikdə xüsusi karantin rejimi günlərini əyləncəli keçirmək üçün respublikanın rayonlarından birinə üz tutub.

HerGun.Az xəbər verir ki, qızının “avtoşluq sevdası”nı həyata keçirmək üçün məşqçi onunla birgə idman avtomobilinə əyləşib.

Sükanı qızına həvalə edən Kamil övladının yanında əyləşib. Məşhur bloqer həmin anları telefonunun yaddaşına həkk edərək, sosial media hesabında paylaşıb.

“İndi anamın sözlərini yaxşı başa düşürəm. Hər zaman deyir ki, oğlum, yavaş sür. Qızım sürəndə o hissləri mən keçirdim. Avtoş qızım Sahilə”.

Qeyd edək ki, 18 yaşına çatmamış və sürücülük vəsiqəsi olmayan şəxslərin nəqliyyat vasitələrini idarə etməsi qanunla qadağandır. Paylaşılan videogörüntülərdə yol hərəkəti qaydaları kobud şəkildə pozulur.

Rəşad Əliyev