Yeni Zelandiyada yenidən koronavirus tapıldı

12:40 16-06-2020 311

COVID-19-un yayılmasına qarşı ciddi tədbirlərlə yoluxma sayını sıfıra endirən Yeni Zelandiyada 25 gündən sonra yenidən koronaviruslu xəstələr aşkar edilib.

Ölkənin Səhiyyə Nazirliyinin müşaviri Eşli Blumfild yeddi iyun tarixində Böyük Britaniyadan Avstraliya vasitəsilə Yeni Zelandiyaya gələn eyni ailədən olan 30 və 40 yaşlı iki qadında yeni növ koronavirus aşkarlandığını açıqlayıb.

Həmin şəxslərin təmasda olduqları ailə üzvlərindən biri də karantinə götürülüb.