Karantin qaydalarını pozduğu deyilən Kərim əsəbiləşdi: “Adamın çörəyinə bais olursunuz” - VİDEO

13:20 16-06-2020 664

Ötən həftə sonu müğənni Kərim Abbasovun Novxanıda yerləşən “Rest Time” restoranının müştəriləri üçün səhnəyə çıxaraq, həmin görüntüləri sosial media hesabında paylaşması qalmaqala səbəb olub.

HerGun.Az xəbər verir ki, “Dörd ay sonra səhnəyə çıxdım” başlığı ilə yayımlanan videoda müştərilərin karantin rejiminin tələblərini kobud şəkildə pozduqları aydın görünür.

Nazirlər Kabineti yanında operativ qərargahın tələblərinə görə, ölkə üzrə bütün kütləvi tədbirlərin (toy, yas, doğum günü və s.) keçirilməsi qadağandır. Həmçinin, 10-dan çox insanın bir yerə toplaşması mövcud qaydalara ziddir.

K.Abbasov “Instagram” hesabında çıxışını yenidən paylaşaraq, məsələyə sərt reaksiya verib:

“Sadəcə, şokdayam! Dörd gün öncə “Artıq şou proqramlara start verildi” paylaşımımdan sonra insanların günlərinə rəng qatmaq üçün keçmiş tədbirlərimdən bir paylaşım etdim. Belə tədbirlərdən görüntülər məndə çoxdur.

Videoları paylaşmaqda məqsədim sərt karantin günlərində sıxılan insanları, azacıq da olsa, ötən günlərə qaytarmaq idi. Baxmayaraq ki, bu video “Yeni tədbir” adı altında idi. Bundan sui-istfadə etmək istəyən bəzi mənşəyi bilinməyən xəbər portalları bunu insanlara tamamilə başqa formada çatdırıb.

Açıq havada karantin rejimi pozulmur. Əgər dedikləri kimi, bu rejim pozulursa, getsinlər avtobuslara və metroya baxsınlar. 

Mənim bölüşdüyüm bir videonu necə öz marağınıza uyğun yaza bilirsiniz? Siz nə qədər insanın səbəbsiz yerə çörəyinə bais olursunuz. Güya bilmirsiniz ki, bu karantin günlərində heç bir yerdə tədbir keçirilmir? Sizin kimi insanlarla eyni havanı almaqdan nifrət edirəm. Ayıb olsun!”

Rəşad Əliyev