“Bavariya” yubiley çempionluğunu erkən qazandı

01:00 17-06-2020 424

Almaniya Bundesliqasında XXXII tura start verilib.

HerGun.Az xəbər verir ki, tur “Bavariya”nın çempionluğunu rəsmiləşdirməsi ilə əlamətdar olub.

Bremendə “Verder”ə qalib gələn “Bavariya” ardıcıl 8-ci, ümumilikdə isə yubiley – 30-cu dəfə qızıl medallara sahib çıxıb.

Səfərdəki qələbə Münhen təmsilçisinə ən yaxın izləyicisi olan Dortmund “Borussiya”sı ilə xal fərqini 10-a çatdırmaq imkanı verib.

Bununla da Bundesliqanın son iki görüşü formal xarakter daşıyacaq.