Bir balaca “vuran” tərbiyəçinin halı görənləri heyrətləndirdi - VİDEO

02:40 17-06-2020 427

Sosial şəbəkələrdə uşaq bağçasında yatan sərxoş tərbiyəçi barədə video yayılıb.

“Podyom” “Telegram” kanalının məlumatına görə, kadrlar valideynlərdən biri tərəfindən çəkilib.

Hadisə Rusiyanın Yekaterinburq şəhərində baş verib.

Videoda bərk yatan qadının adının dəfələrlə çağırılmasına baxmayaraq hay vermədiyi görünür. Onun yan-yörəsində isə nəzarətsiz qalan uşaqlar hərəkət edir.

Tərbiyəçinin özünün sözlərinə görə, 2-4 yaşlarında olan uşaqları yatızdırdıqdan sonra o, mətbəxdə bir az spirtli içki içmək qərarına gəlib.

İki saatdan sonra uşaqların əşyaları üçün geri qayıdan valideynləri isə sözügedən mənzərə ilə rastlaşıblar.

Artıq qadın inzibati məsuliyyətə cəlb olunub.