İçki yoldaşını öldürüb yemək istədi

05:40 17-06-2020 292

Rusiyanın Ulyanovsk vilayətində sərxoş kişi tanışını öldürdükdən sonra yemək istəyib.

Vesti.ru xəbər verir ki, üç gün tanışı ilə spirtli içki qəbul edən şəxs onu öldürüb.

Bundan sonra o, qurbanının ürəyini çıxarıb yeməyə çalışıb.

Polis cinayətkarı qonşu rayonda tapıb. Fakla bağlı cinayət işi başlanıb.

Şübhəlinin psixi problemlərinin olduğu bildirilir.