Kliçkonun efirdə dili topuq vurdu, vulqar ifadə işlətdi - VİDEO

06:40 17-06-2020 465

Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu, hazırda Ukraynanın paytaxtı Kiyevin meri olan Vitali Kliçko telekanalarından birinə verdiyi müsahibədə kobud nitq səhvinə yol verib.

Sports.ru xəbər verir ki, V.Kliçko koronavirusla əlaqədar tətbiq edilən karantin tədbirlərinin pozulması ilə bağlı danışarkən Ukrayna dilində “sensasiyalı” və “sonra” sözlərinin ifadəsində kobud səhvə yol verib və nalayiq ifadə işlədib.

Qeyd edək ki, Vitali Kliçko qeyri-səlis nitqi ilə daim sosial şəbəkə istifadəçilərinin gülüş hədəfinə çevrilir.