Ağciyərləri koronavirusdan qoruyan məhsullar

07:40 17-06-2020 345

İspaniyalı həkim Alexandro Kanovas və cərrah Eusebi Çiner ağciyəri COVİD-19 virusundan qoruyan məhsullar haqda məlumat verib.

Xəbəri “La Vanguardia” agentliyi yayıb.

Həkimlərin tövsiyəsinə əsasən, yumurta, düyü, göy balıq və qoz tənəffüs sisteminin fəaliyyətini gücləndirməyə kömək olur.

Mütəxəssislər bildirir ki, ağciyərlərin vəziyyəti pisləşərkən onların zülala tələbatı böyüyür. A vitamini kimi, o da yumurtada olur.

C vitamini ilə zəngin olan tomat, həmçinin süd məhsulları və su da orqanizmə müsbət təsir edir.