Koronavirusla bağlı SON STATİSTİKA

09:20 17-06-2020 381

Dünyada koronavirus 8 264 468 nəfərdə aşkar edilib.

Bu barədə HerGun.Az-ın qeyd edilib.

Virusdan 446 135 nəfər ölüb, 4 321 498 nəfər sağalıb.

Dünya ölkələri arasında koronavirusa ən çox yoluxma ardıcıl olaraq ABŞ (2 208 400 nəfər), Braziliya (928 834 nəfər), Rusiyada (545 458 nəfər) müşahidə edilir.

İran 192 439 yoluxma ilə 9-cu, Türkiyə 181 298 yoluxma ilə 12-cidir.

Ermənistanda 17 489, Gürcüstanda 879 yoluxma müşahidə edilir. Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm (9065 nəfər) İrandadır.

Azərbaycanda bu zamana qədər 10 662 nəfərdə koronavirus aşkar edilib. 126 nəfər ölüb, 5948 nəfər sağalıb.