Azərbaycan-Rusiya sərhədindəki insidentlə bağlı cinayət işi açıldı

12:00 17-06-2020 328

Rusiya Federasiyasının (RF) İstintaq Komitəsi Azərbaycan-Rusiya sərhədində baş vermiş insidentlə əlaqədar iki maddə üzrə cinayət işi başlayıb.

HerGun.Az xəbər verir ki, bu barədə məlumat RF İstintaq Komitəsinin rəsmi saytında dərc edilib.

Qeyd olunur ki, RF-nin Cinayət Məcəlləsinin 318.2 (hakimiyyət nümayəndəsinin həyat və sağlamlığını təhdid edən zorakılığın tətbiq olunması) və 167.1 (qəsdən özgə əmlakının məhv edilməsi) maddələri üzrə cinayət işi açılıb.

Xəbərdə həmçinin bildirilir ki, cinayət işi çərçivəsində 10 şübhəli şəxs saxlanılıb.