Merin müavini koronavirusa yoluxdu, bələdiyyə sədrləri karantinə alındı

15:00 17-06-2020 383

Çexiyanın paytaxtı Praqa şəhərinin merinin müavini Peter Qlubuçek COVİD-19 virusuna yoluxub.

Bu barədə “Pravo” nəşri xəbər verib.

Qəzet yazır ki, Çexiyada koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan qaydalara əsasən, son günlərdə merin müavini ilə sıx əlaqədə olan bələdiyyə sədrləri iki həftə təcrid rejimində qalacaqlar.

Xəbərdə qeyd olunur ki, P.Qlubuçek iki gün əvvəl yüksək hərarətdən əziyyət çəkməsinə baxmayaraq, Praqa Şəhər Şurasının iclasına qatılıb. Bağlı qapılar arxasında keçən və yeddi saat davam edən görüşdə 40 bələdiyyəni təmsil edən nümayəndə iştirak edib.