Yeniyetmə qız başının dərisi soyulmuş vəziyyətdə tapıldı

06:40 18-06-2020 432

Rusiyanın Sankt-Peterburq şəhərində yeniyetməyə hücum edən şəxs tutulub.

“Moyka 78” nəşri xəbər verir ki, 32 yaşlı qadın polisə İrinovski prospektində bıçaqlanma faktı ilə bağlı məlumat verib.

Hadisə yerinə gələn polislər evdə 16 yaşlı qızı baş dərisinin bir hissəsi kəsilmiş halda tapıblar. O, orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Eyni zamanda, həmin evdə olan 21 yaşlı şəxs saxlanılıb. Məlum olub ki, hüquq-mühafizə orqanının əməkdaşları gəlməzdən 20 saat əvvəl cütlük evdə spirtli içki qəbul edib. İçki bitəndən sonra onların arasında mübahisə yaranıb. Bu zaman oğlan qızın başının dərisini soyub.

Faktla bağlı cinayət işi başladılıb.

Şübhəlinin daha əvvəl məhkumluq həyatı yaşadığı bəlli olub.