Azərbaycanlı müğənni: “Dörd aydır ki, ərimi görə bilmirəm” - VİDEO

16:40 20-06-2020 592

“Həyat yoldaşımı dörd aydır ki, görmürəm. O, ABŞ-a gedib”.

HerGun.Az xəbər verir ki, bu sözləri mərhum müğənni Vidadi Bərdəlinin ifaçı qızı Aytac Bərdəli “ATV” telekanalında yayımlanan “Zaurla Günaydın” səhər şousunda qonaq olarkən deyib.

Həyat yoldaşından danışan müğənni onun okeanın o tayına getdiyini aldığı iş təklifi ilə əlaqələndirib:

“Dörd ay əvvəl Türkiyədən qayıtdıq. O, ABŞ-a getdi. Əslində mən də ora getməli idim, sadəcə pandemiya səbəbi ilə sərhədlər bağlandığından Bakıda qalmalı oldum. Düşünürdüm ki, gedib, altı ay ABŞ-da qalaram. Amma alınmadı.

ABŞ-da pandemiya ilə bağlı vəziyyət heç də yaxşı deyil. Hazırda orada qaradərili şəxsin polislər tərəfindən öldürülməsi ilə əlaqədar ixtişaşlar davam edir. Həmin ixtişaşlar isə həyat yoldaşımın qaldığı ərazidə baş verir. Çox təhlükəli vəziyyət yaranıb.

Həyat yoldaşıma memarlıq və tikinti ilə bağlı iş təklifi gəldi. O da bu fürsəti əldən vermədi”.

Söhbət əsnasında proqramda qonaq olan müğənni Niyam Salami A.Bərdəlinin həyat yoldaşının həddən artıq qısqanc olduğunu vurğulayıb. 

Qısqanclıq məsələsinə Aytac belə aydınlıq gətirib:

“Qısqanclıq həyat yoldaşımda xəstəlik halını alıb. Həddən artıq qısqanc insandır. Bu qısqanclılıqları mən də sevmirəm. Buradan da üzümü həyat yoldaşıma tutub deyirəm ki, bir də belə etmə”.

Verilişin gedişatında A.Bərdəli övladlarından da danışıb:

“Övladlarım atasının yox, mənim yanımdadırlar. Qızımın dörd yaşı olacaq, oğlumun isə iki... Oğlumun dünyaya gəlməsini gizlin saxlamağa çalışdım. Çox adama yenidən ana olduğumu söyləmədim”.

Rəşad Əliyev