İctimai nəqliyyatda məcburi olan şəffaf arakəsmələr niyə gözə dəymir? - VİDEO

17:40 23-06-2020 359

Nazirlər Kabinetinin qərarı ilə ictimai nəqliyyatda şəffaf arakəsmələrin tətbiqi məcburiləşib. Amma təəssüf ki, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində belə arakəsmələrə az rast gəlinir.

Baku TV xəbər verir ki, pandemiyanin yayılma arealını minimuma endirmək məqsədi daşıyan bu qoruyucu arakəsmələr ya ümumiyyətlə yoxdur, ya da zədələnərək, arakəsmə funksiyasını itirib.

Sürücülər arasında apardığımız sorğudan isə belə anlaşılır ki, onlar karantin rejimindəki yumşaldılmaları yanlış dəyərləndiriblər.

Taksi fəaliyyəti göstərən avtomobillərdə vəziyyət ürəkaçan olsa da, onlar arasında da qaydalara əməl etməyənlərə rast gəlinir. 

Ətraflı süjeti təqdim edirik: