Mərhum Xalq artistinin müğənni qızı: “Anamla münasibətim yoxdur, istəmirəm də olsun” - VİDEO

21:20 23-06-2020 598

Mərhum Xalq artisti Rafael Dadaşovun müğənni qızı Səidə Dadaşova ilk dəfə anasından söz açıb.

HerGun.Az xəbər verir ki, “Xəzər” televiziyasında yayımlanan “5/5” axşam şousunda qonaq olan sənətçini proqramın aparıcısı Zaur Kamal sorğu-suala çəkib.

Aparıcı “Demisən ki, həm atasızlıqdan, həm də anasızılıqdan əziyyət çəkirəm. Həm atasızlar, həm də anasızlar sırasındayam,” - deyərək Səidədən fikirlərinə aydınlıq gətirməsini istəyib.

“Verilişlərin birində qonaq olanda söyləmişəm ki, atam mənə həm analıq, həm də atalıq edib”- deyə, müğənni bildirib.

Zaurun “Anan haradadır?” sualına S.Dadaşova belə reaksiya verib:

“Nə olsun ki, anam var?! Analığı atam edib. Anamla münasibətim yoxdur, istəmirəm də olsun. İnsandır da... Atamın əmisi qızıdır, nə olsun ki!? Allah hamının canını sağ eləsin. Amma mənim üçün ön sırada atamdır. Mən atamın qızıyam”.

Qeyd edək ki, Xalq artisti Rafael Dadaşovun keçmiş həyat yoldaşı, Brilliant Dadaşovanın bacısı, 64 yaşlı aktrisa Sədaqət Dadaşova dörd il əvvəl Türkiyənin “Fox” telekanalında yayımlanan “Zuhal Topalla İzdivac” proqramına qatılaraq, bir bəylə münasibət qurmağa çalışıb. 

Rəşad Əliyev