Göygöldə bir ailənin üzvləri yol qəzasına düşüb - ölən və yaralananlar var

22:00 23-06-2020 382

Göygöl rayonunda bir ailənin üzvləri yol qəzasına düşüb, ölən və yaralananlar var. 

“Report”un məlumatına görə, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb.

“QAZ-24” markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılması nəticəsində bir nəfər vəfat edib, dörd nəfər isə xəsarət alıb. Xəsarət alanlar arasında azyaşlılar da var. 

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.