Həmkarları yoldan götürdüyü böcəyə görə 40 il həbs gözləyən alimə dəstək oldular - VİDEO

04:40 24-06-2020 384

70 elm adamı Şri-Lankadan böcək qaçaqmalçılığına görə 40 il müddətinə azadlıqdan məhrumetmə gözləyən həmkarı üçün ayağa qalxıb.

Bu barədə “Mash” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, rusiyalı entomoloq Aleksandr İqnantenko Şri-Lankaya məzuniyyətə gedib. Burada dostları ilə parkı gəzib, lakin park bağlanana qədər çıxmağa imkan tapmayıb. Hüquq mühafizəçiləri dərhal qrupu mühasirəyə alaraq üstlərində axtarış aparıb. Bu zaman Aleksandrda ölü böcəklər tapıblar. Elm adamının sözlərinə görə, o, park kənarında ölü cücü toplamağa adət edib.

Lakin ona inanmayıblar və qaçaqmalçılıqda ittiham ediblər. Yerli qanunlara görə, buna görə 40 il həbs nəzərdə tutulub.

74 rusiyalı elm adamı həmkarlarının müdafiəsi üçün Rusiya XİN rəhbəri Serqey Lavrova məktub ünvanlayıblar.

Məlumata görə, mədə yarasından əziyyət çəkən İqnatevin dərmanları da əlindən alınıb. İyunun 25-də o, məhkəməyə çıxarılacaq.