Fermerlərdən turistləri “qovmaq” üçün fərqli üsul - FOTO

05:40 24-06-2020 298

Böyük Britaniyada Bakston şəhərinin sakinləri fermerlərdən ərazidəki gölün ətrafına peyin tökmələrini xahiş ediblər.

“The İndependent” xəbər verir ki, daş karxanasında yerləşən “mavi göl”ün qeyri-adi rəngi turistlərin diqqətini cəlb edir. Əraziyə gələn çox sayda insan oranı zibilləyir və karantin qaydalarını pozur.

Bundan əvvəl yerli əhali ərazidən turistlərin uzaqlaşdırılması tələbi ilə polisə müraciət etsə də, bundan bir nəticə hasil olmayıb.