Meksikada baş verən zəlzələdə ölənlərin və yaralananların sayı açıqlandı - FOTO/VİDEO

10:00 24-06-2020 470

Dünən axşam saatlarında Meksikada baş vermiş zəlzələnin nəticələri açıqlanıb.

Vesti.ru xəbər verir ki, Meksika sahillərində baş vermiş 7,1 bal gücündə yeraltı təkanlar beş insanın ölümünə səbəb olub, 30-dan çox yaralı var.

Tələfat, əsasən, Oxaka ştatı ərazisində qeydə alınıb.

Ölkənin cənubunda zəlzələ beş xəstəxanaya ciddi ziyan vurub, paytaxt Mexikoda yerləşən iki tibb mərkəzi binasında çatlar meydana gəlib. 190 federal magistral yolu nəqliyyatın hərəkəti üçün tamamilə bağlanıb.

Yeraltı təkanlar ölkənin 11 ştatında hiss olunub.

Qeyd edək ki, zəlzələdən sonra 447 afterşok qeydə alınıb, bunların ən güclüsü 4,6 bal gücündə olub.