Koronavirus testinin nəticəsinə inanmaq olar? - VİDEO

14:00 24-06-2020 401

Bakıda fəaliyyət göstərən üç özəl klinikanın laboratoriyalarında COVID-19-un aşkarlanması məqsədilə test müayinələri aparılır.

Müayinələri aparan klinikalar özəl olduğundan testlərin qiymətlərini də onlar müəyyən edir. 

Bəs COVID-19-la bağlı aparılan test nəticələrinə inanmaq olarmı?

ARB TV əməkdaşları paytaxtdakı klinikalardan birinə yollanıblar. Görünən mənzərə isə ürəkaçan olmayıb.

Belə ki, COVID-19 virusu ilə bağlı test verməyə gələn şəxslər klinikanın qarşısına toplaşıblar. Onlardan kimisi öz istəyilə gəlib, kimisi isə işlədiyi yerdən, şirkətdən göndərilib.

Məsələ ilə bağlı ARB TV-nin “Günə doğru” proqramı süjet hazırlayıb.