AQTA obyektlərə nəzarət üçün yeni sistem yaradıb - VİDEO

00:20 25-06-2020 409

AQTA tərəfindən yaradılan yeni sistem vasitəsi ilə müxtəlif obyektlərdə həyata keçirilən yoxlamalarda qeydə alınan görüntülər qurumun monitorinq mərkəzinə ötürülür.

Məlumatlar vahid mərkəzdə toplanılır, təhlil olunur, təsnifatlandırılır. Kameraların qeydə aldığı görüntülər bütöv şəkildə mərkəzə yüklənir. Həmçinin Agentliyin “1003” Çağrı Mərkəzinə daxil olan vətəndaş şikayətlərinin araşdırılması məqsədilə sahibkarlıq subyektlərində növbədənkənar monitorinqlər keçirilir.

Yeni sistem vasitəsilə Agentlik əməkdaşlarının sahibkarlıq subyektlərinə daxil olduğu andan etibarən yoxlama yekunlaşanadək prosesi Agentliyin Monitorinq Mərkəzində canlı şəkildə onlayn izləmək mümkün olacaq.

Eyni zamanda, daxil olan bütün məlumatların sistem vasitəsilə arxivləşdirilməsi həmin məlumatların mütəmadi təhlilinin aparılmasına, planlı yoxlamalar zamanı məlumatların təkrar istifadəsinə imkan verəcək.

Yoxlama zamanı mübahisəli məqam yarandıqda sistemdə toplanan arxiv bazasına daxil olmaqla istənilən informasiyanı qısa zamanda əldə etmək və araşdırmaların şəffaf və operativ həyata keçirilməsi təmin olunacaq. Eyni zamanda, arxivləşdirilmiş məlumatlar müfəttişlərin təlimləri zamanı da əyani vəsait kimi istifadə ediləcək.