NBA-da daha iki basketbolçu koronavirusa yoluxdu

12:40 25-06-2020 394

Amerika Milli Basketbol Assosiyasiyasında çıxış edən (NBA) “Sakramento Kinqs” komandasının iki üzvü COVID-19 virusuna yoluxub.

Sports.ru xəbər verir ki, Aleksey Len və Cabari Parkerin test nəticələri müsbət çıxıb.

Ukraynalı basketbolçu Aleksey Len koronavirusa yoluxduğu barədə xəbəri “Instagram” hesabında paylaşıb.

Hazırda hər iki idmançı özünütəcrid rejiminə keçib.

NBA-da çempionat oyunları martın 12-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.