Rusiyada kinoteatrlar açılır

15:40 25-06-2020 371

Rusiyanın Mədəniyyət naziri Olqa Lyubimova bildirib ki, ölkədə iyulun 15-dən etibarən bütün kinoteatrlar açıla bilər.

Filmlərin premyeralarına toxunan Mədəniyyət naziri bildirib ki, kommersiya risklərinə yol verməmək üçün ölkədəki bütün kinoteatrların fəaliyyətinə icazə verilməsi şərtdir.

O.Lyubimova əlavə edib ki, qadağaların aradan qalxması ölkədəki epidemioloji vəziyyətdən asılı olacaq.

Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən mart ayının sonundan etibarən Rusiyadakı bütün kinoteatrlar bağlanıb.