Yaqut Qarayeva: “Qaydalara riayət edilməsə, qapanmadan istənilən nəticəni əldə etmək mümkün olmayacaq”

17:20 25-06-2020 669

“Parklarda toplaşaraq, qaydalara riayət edilməsə, qapanmadan lazım olan nəticəni əldə etmək mümkün olmayacaq”.

HerGun.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib. 

O bildirib ki, riayət olunması tələb edilən qaydalar çox çətin deyil. 

“İstər küçədə, istərsə də evdə 10 nəfərdən artıq insanın toplaşması, yaxın ünsiyyətdə olması yoluxma sayını artırır.

Xahiş edirik, bu məsələyə daha həssas yanaşılsın. Çünki qapanmanın məqsədi yoluxma sayının azalmasına nail olmaqdır”, - deyə, Y.Qarayevə əlavə edib.

Könül Cəfərli