Əməkdar artist: “Oğlum deyir ki, yaşlı-başlı qadınsan, geyiminə bax” - VİDEO

17:40 25-06-2020 607

Əməkdar artist Gülüstan Əliyeva oğlunun ona qoyduğu qadağalardan danışıb.

Axşam.az xəbər verir ki, “Ulduzlu yayım” proqramını evində qonaq edən müğənni övladının geyimlərinə irad bildirdiyini deyib:

“Əvvəl elə bilirdim ki, maraqlanmır. Başqa sahənin adamıdır. Arada elə nüanslar oldu ki, gördüm oğlum bütün müsahibələrimi izləyirmiş. 12-13 yaşında geyimlərimə müdaxilə edirdi. Deyirdi, bu nədir, qısa geyinmisən?

Böyüyəndən sonra iradlar davam etdi. Bu dəfə fərqli formada. İndi deyir yaşlı-başlı qadınsan, bu nədir, geyinirsən? Ailə qurandan sonra dəyişdi. Gördüm ki, oğlumun mənə, həyata, gəldiyim həyat yoluna baxışı, fikirləri dəyişdi. İrad da tutdu bəzi halları”.