Bu gün Azərbaycanda daha 7274 koronavirus testi aparılıb
23:20 25-06-2020 421
Bu gün Azərbaycanda koronavirusa (COVID-19) yeni yoluxma hallarının müəyyənləşdirilməsi üçün 7274 test aparılıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Bununla da ölkə ərazisində indiyə qədər aparılan test sayı 449 235-ə çatıb.
Qeyd edək ki, ölkəmizdə bu günə kimi 14 852 nəfər koronavirusa yoluxub. Onlardan 180 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 6613 nəfərdir. Xəstələrdən 174 nəfəri reanimasiyada, 32-si süni tənəffüs cihazına qoşulu vəziyyətdədir.