Qayıqla Sakit okeanı keçməyə cəhd edən qadın həlak oldu - FOTO

04:20 26-06-2020 447

Avarçəkmə üzrə üçqat dünya çempionu, paralimpiyaçı Anjele Medsen faciəvi şəkildə həlak olub.

“The Guardian” nəşri xəbər verir ki, idmançı təkbaşına Sakit okeanı qayıqla üzüb keçməyə cəhd edib.

60 yaşlı qadının cəsədini sahil mühafizə xidmətinin əməkdaşları aşkar edib.

İdmançının cəsədi qayığa bağlanmış vəziyyətdə olub.

A.Medsen Sakit okeanı keçən ilk qadın paralimpiyaçı olaraq tarixə düşməyi planlaşdırırdı.

Paralimpiyaçı səyahətini cari ilin aprel ayında başlayıb və iyulda başa çatdırmağı nəzərdə tutmuşdu.