Polis keçmiş həmkarlarına oğurluqda kömək etdi - VİDEO

04:40 26-06-2020 423

Sabiq polislər mağazaya silahlı basqın edərək, üç şüşə araq oğurlayıblar, həmin vaxt hüquq-mühafizə orqanlarında işləyən qadın polis isə küçədə onları təhlükəli vəziyyətdə xəbərdarlıq etmək üçün gözləyib.

REN TV-nin məlumatına görə, hadisə Rusiyanın paytaxtı Moskvada baş verib.

Məlumata görə, iki kişi mağazaya girərək işçiləri silahla hədələyib, sonra isə üç şüşə araq götürərək aradan çıxıb. Maddi zərərin məbləği 986 rubl (24 AZN) təşkil edir.

Şübhəlilərdən biri Çeçenistandan sabiq asayiş keşikçisi olub. O, saxlanılarkən hüquq-mühafizə orqanlarında işləyən qadınla yaşadığını deyib.

İstintaq zamanı kiçik çavuş rütbəli qadının onlarla əlbir olduğu ortaya çıxıb. Qadın dərhal hüquq-mühafizə orqanlarından qovulub. Onun barəsində cinayət işi açılıb.