Ən təhlükəli yay ayaqqabıları açıqlandı

07:20 26-06-2020 362

Düz altlığı olan ayaqqabılar ayağın deformasiyasına səbəb ola bilər. Bu meyara uyğun ən böyük təhlükəni “vyetnamka” formalı ayaqqabılar daşıyır.

“Komsomolskaya Pravda”nın məlumatına görə, bu barədə Rusiyanın tanınmış travmatoloq-ortopedi Mixail Vixtar açıqlama edib.

O, ayağa dəstək olan içlikli ayaqqabı geyinməyi və ortopedik astara diqqət etməyi məsləhət görüb. Bundan əlavə, həkim elastik və yumşaq altlıqlı ayaqqabı seçməyin zəruriliyini vurğulayıb.

M.Vixtar həmçinin yay fəslində parklarda və ya şəhər kənarında ayaqyalın gəzməyi tövsiyə edib.