Kəndin ortasında gəzişən şir sakinləri təşvişə saldı - FOTO

08:20 26-06-2020 350

Qazaxıstanın qərbində yerləşən Akşukur kəndinin sakinləri hüquq-mühafizə orqanlarına müraciət ediblər. Kənd sakinləri kənddə gəzişən şirin qorxusundan küçəyə çıxa bilmədiklərini deyiblər.

REN TV xəbər verir ki, məlumat alındıqdan sonra dərhal kəndə yollanan mütəxəssislər şiri yaxalayaraq, nəzarət altına ala biliblər.

Şirin təxminən 1-2 yaş aralığında olduğu qeyd edilir.