“Liverpul”un aparıcı oyunçuları çempionluq zəfərini qeyd etdilər - VİDEO

13:20 26-06-2020 469

Sosial şəbəkələrdə “Liverpul” oyunçularının İngiltərə çempionatının 31-ci turunda “Çelsi”nin “Mançester Siti” üzərində qazandığı qələbəni (2:1) böyük çoşqu ilə qeyd etməsinin əks olunduğu görüntülər yayımlanıb. 

“Championat” xəbər verir ki, qarşılaşmanı idarə edən baş hakimin final fitindən dərhal sonra oyunu televiziya ekranı qarşısında izləyən mersisaydlıların aparıcı oyunçuları çempionluğu qeyd ediblər.

Qeyd edək ki, bu nəticədən sonra “Liverpul” 30 illik fasilədən sonra İngiltərə Premyer Liqasında çempion olub.