Saytda tanış olduğu qızı mənzilində girov götürdü

15:00 26-06-2020 320

Rusiyada kişi tanışlıq saytı vasitəsilə tanıdığı qızları qarət edib, mənzilində zorla saxlayıb və döyüb.

REN TV-nin məlumatına görə, 22 yaşlı qız Aleksandr adlı şəxslə tanışlıq saytında “rastlaşıb”.

Bir müddət sonra kişi qızı öz evində görüşməyə dəvət edib.

Qız Aleksandrın evinə getdikdən sonra kişi hər birinə 50 min rubl (təxminən 1 230 AZN) ödəyəcəyini vəd edərək, ondan rəfiqəsini də çağırmasını istəyib. Bir neçə saatdan sonra qızın rəfiqəsi Anna gəlib. Bir yerdə vaxt keçirdikdən sonra Aleksandr qızdan getməsini istəyib. Onun rəfiqəsi isə mənzildə qalıb.

Evdən çıxandan sonra kişi aqressiv davranmağa başlayıb. Bundan narahat olan qız mənzildə qalan rəfiqəsinə zəng etmək qərarına gəlib, ancaq telefonundan SİM-kartın və çantasından 20 min rublun (492 AZN) itdiyini görüb. Bundan sonra taksi sürücüsünün telefonu ilə rəfiqəsi Annaya zəng edib. Cavabında eşidib ki, Aleksandr Annanı bıçaqla hədələyərək, zorla evdə saxlayır. Kişi qızı boğmağa cəhd edib və pasportunu götürüb.

Lakin bir müddət sonra Anna qaça bilib.

Anna onun yanından çıxdıqdan sonra rəfiqəsi ilə birlikdə polisə müraciət edib. Faktla bağlı yoxlamalara başlanılıb.