Üçüncü mərtəbədən yıxılan Şirvan sakininin hər iki ayağı qırıldı

21:40 26-06-2020 388

Şirvan sakini 3-cü mərtəbədən yıxılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1981-ci il təvəllüdlü Dəmirov Famil Ramin oğlu yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb.

Yaralı hər iki ayağının topuğunun çoxsaylı qəlpəli sınığı ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.