Telefon dükanının işçisi milyonlarla rublu mənimsəyib mərc oyunlarına qoydu

02:20 27-06-2020 403

Rusiyanın Saxalin şəhərində telefon mağazasında çalışan 24 yaşlı gənc 8,75 milyon rublu mənimsəyərək, mərc oyunlarına qoyub.

Bu barədə Rusiya mətbuatı yazıb.

Faktla bağlı aparılan istintaq nəticəsində bəlli olub ki, 2018-ci ilin noyabrında sözügedən şəxs telefon mağazasına satış və xidmət mütəxəssisi olaraq qəbul edilib.

Müştərilərlə işlə yanaşı, o, maliyyə əməliyyatlarının aparılmasına da nəzarət edib və şirkətin hesablarına sərbəst girişi olub.

Xüsusi kompüter proqramından istifadə edərək, səkkiz gün ərzində gəlirləri öz bank hesabına yönəldən şəxs bütün pulu mərc oyunlarına yatırıb.