İngiltərə kilsəsi İsa Məsihi qaradərili adlandırdı və təsvirini yaydı - FOTO

08:40 30-06-2020 23

Kentenberi arxiyepiskopu Castin Uelbi İsa Peyğəmbərin ağdərili olmadığını bildirib.

Bu barədə o, özünün “Twitter” hesabında yazıb.

“İsa Orta Şərqdən idi, ağdərili deyildi. Bunu xatırlamağımız çox vacibdir”, - deyə o vurğulayıb.

O, şərhinə qaradərili İsa Məsihin dünyada yayılan “ən çox sevdiyi təsvirləri”ni əlavə edib.

Bundan əvvəl, “Black Lives Matter” fəalı və keçmiş pastor Şon King İsa Məsihin avropalıya bənzər heykəllərinin sökülməsinə çağırış edib. 

Son həftələrdə ABŞ şəhərlərində irqçiliyə qarşı etirazlar abidələrin məhv edilməsi ilə müşayiət olunur. Amerikanı kəşf edən Kristofer Kolumbun, ABŞ-ın ilk prezidenti və qurucularından biri Corc Vaşinqtonun, habelə dövlət himninin müəllifi Frensis Skott Kinin heykəlləri də dağıdılıb.