Lukaşenko müharibənin nə zaman başlayacağını açıqladı

17:40 30-06-2020 361

“Nə qədər ki insanlar abidələr yaradır və onları ziyarətə gəlirlər, müharibə olmayacaq”.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Rjev şəhəri yaxınlığında sovet əsgərinin abidəsinin açılışında deyib:

“Bu müqəddəs məkanlara gedən yolu unutsaq, onda mütləq vuruşmağa başlayacağıq”.

Belarus liderinin sözlərinə görə, müharibə həmişə qan, dəhşət və ölümdür.

O əlavə edib ki, Rjev sərhəddir, “inanılmaz qiymətə başa gələn qarşıdurma”dır:

“Bu şəhərin arxasında “ölkəmizin paytaxtı və bütün böyük ölkəmiz dayanıb”.