Tehranda klinikada partlayış: Ölənlər və yaralılar var

14:20 01-07-2020 446

Tehranın şimal hissəsində yerləşən tibbi klinikada baş verən partlayışda həyatını itirənlərin sayı 19 nəfərə çatıb.

Bu barədə İranın Təcili Tibbi Yardım Təşkilatının mətbuat xidməti məlumat yayıb.

İlkin məlumatda bildirilirdi ki, gecə saatlarında baş vermiş partlayış nəticəsində 13 nəfər ölüb, daha altı nəfər yaralanıb.

Yenilənmiş məlumatlara görə, hadisə nəticəsində doqquz nəfər yaralanıb, onlardan biri hazırda ağır vəziyyətdə reanimasiyadadır. Hadisə yerinə gələn xilasedicilər 20 xəstəni və xəstəxana işçilərini yanğından xilas edə biliblər.

Qəzanın ilkin səbəbi kimi xəstəxana binasında oksigen balonlarının partlaması göstərilir.