Kağızları qoltuqlarına vurub, diz üstə sürünərək kişinin arzusunu yerinə yetirdilər - VİDEO

07:20 02-07-2020 48

İyulun 1-də Rusiyada Konstitusiyaya düzəlişlərlə bağlı ümumxalq səsverməsinin final mərhələsi keçirilir. Kareliyadakı Quşqala kəndində isə səsvermə xüsusilə maraqlı keçib.

Bu barədə “Mash” “Telegram” kanalı kadrlar paylaşıb.

Belə ki, evinə yeganə yolu asma körpüdən keçən yaşlı kənd sakini səsverməyə getmək istəyini dilə gətirib. Ancaq sosial şəbəkə vasitəsilə bu mümkün olmayıb, məntəqəyə getmək üçünsə o, çox yaşlıdır.

Nəticədə, məntəqə seçki komissiyasının üzvləri xahişi yerinə yetiriblər: maskada, kağızlar qoltuqlarının altında, bülleten yeşiyi və yıxılma qorxusu ilə asma körpünü keçərək, kişinin səsvermə arzusunu yerinə yetiriblər.